Yol qəzalarında 5 nəfər ölüb

Yol qəzalarında 5 nəfər ölüb Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb
Hadisə
8 Fevral , 2021 11:12
Yol qəzalarında 5 nəfər ölüb

Daxili işlər orqanları tərəfindən, fevralın 6-da ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölübr.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi