Yol qəzalarında 5 nəfər öldü

Yol qəzalarında 5 nəfər öldü Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iyulun 2-də tö
Hadisə
523
3 İyul , 2020 12:06
Yol qəzalarında 5 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iyulun 2-də törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.