Yol qəzalarında 5 nəfər öldü

Yol qəzalarında 5 nəfər öldü Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə,&törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.
Hadisə
14 İyul , 2020 13:46
Yol qəzalarında 5 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, törədilən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi