Bakıda yol polisi əməkdaşı piyadanı vurub

Bakıda yol polisi əməkdaşı piyadanı vurub Piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib
Hadisə
5 Avqust , 2016 20:05
Bakıda yol polisi əməkdaşı piyadanı vurub

Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda yol polisi əməkdaşı piyadanı vurub.

"Report" xəbər verir ki, hadisə dünən saat 11 radələrində qeydə alınıb. Belə ki, 1977–ci il təvəllüdlü yol polis serjantı Mehdi Hüseynov xidmət vaxtı idarə etdiyi BMW markalı avtomomillə Zığ qəsəbəsi Sabir küçəsində qəsəbə sakini 1980-ci il təvəllüdlü Balababa Qurbanovu vurub.

B.Qurbanov xəsarət alıb və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi