Yol polisi Xətai rayonunda profilaktik-maarifləndirmə tədbirləri keçirib - FOTOLAR - VİDEO - YENİLƏNİB

Yol polisi Xətai rayonunda profilaktik-maarifləndirmə tədbirləri keçirib - FOTOLAR - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
28 Avqust , 2019 19:27
Yol polisi Xətai rayonunda profilaktik-maarifləndirmə tədbirləri keçirib - FOTOLAR - VİDEO - YENİLƏNİB
Report/Elchin Murad

Video əlavə olunub


*** 17:53

Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirib.

"Report" əməkdaşlarının da iştirak etdiyi tədbirlərdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülər saxlanılaraq onlara qanunun tələbləri izah olunub. Yol nizamlayıcı nişanların tələblərini yerinə yetirməyən, avtobus dayanacağında avtomobil saxlayan və qanunvericiliyi digər formada pozan sürücülərə xəbərdarlıq edilib, həm özlərinin, həm də yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi üçün qaydalara daim əməl etmək tövsiyə olunub.

Həmçinin yolun qadağan olunmuş hissəsindən keçən piyadalarla da təhlükəsizliklə bağlı maarifləndirici söhbət aparılaraq, piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən isrtifadə edilməsi tövsiyə edilib və inzibati xəta ilə bağlı xəbərdarlıq olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir. 

Foto: Elchin Murad

Son xəbərlər

Orphus sistemi