Yol polisi “VMF” şirkətinə cərimə protokolu yazdı

Yol polisi “VMF” şirkətinə cərimə protokolu yazdı Dövlət Yol Polisi “VMF” şirkəti barədə inzibati protokol tərtib edib
Hadisə
255
24 Fevral , 2021 14:40
Yol polisi “VMF” şirkətinə cərimə protokolu yazdı

Dövlət Yol Polisi “VMF” şirkəti barədə inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol Yasamal Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycanda xarici istehsalçıların saat brendlərinin və aksesuarların satışı ilə məşğul olan “VMF” şirkətinin sahibi ANS Şirkətlər Qrupunun qurucusu Vahid Mustafayevdir.

Son xəbərlər

Orphus sistemi