Yol polisi "Təmiz hava" aylığına start verib, bir neçə sürücü cərimələnib

Yol polisi "Təmiz hava" aylığına start verib, bir neçə sürücü cərimələnib Baş Dövlət Yol Polisi İdarəsi Təmiz hava aylığına start verib.
Hadisə
29 Mart , 2019 13:15
Yol polisi Təmiz hava aylığına start verib, bir neçə sürücü cərimələnib
0 : 00
0 : 00

Baş Dövlət Yol Polisi İdarəsi "Təmiz hava" aylığına start verib.

"Report"un xəbərinə görə, aprelin 28-dək davam edəcək aylıq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və ekoloji nəzarətin gücləndirilməsinə xidmət edir. Bu aylıq çərçivəsində atılacaq addımlar avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının azaldılmasına yönəlib və ekologiyanın qorunması üçün zərüri tədbirlərdən biridir.

Artıq bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının Ekoloji Nəzarət Bölüyünün ərazisində (Ekologiya postunda) zəhərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələri saxlanılıb və onların barəsində inzibati qaydada protokol tərtib olunub. Onlarla sürücüyə isə xəbərdarlıq edilib. Qısa müddət ərzində bu problem aradan qaldırılmasa barələrində cərimə tətbiq olunacağı vurğulanıb.

Qeyd edək ki, son dövrlər zəhərli qazların miqdarı normadan artıq olan avtomobillərin sayı azalıb. Bu da yol polisinin həyata keçirdiyi tədbirlərlə əlaqədardır.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilərlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Son xəbərlər

Orphus sistemi