Yol polisi təkcə bir gündə 6793 sürücünü cərimələyib

Yol polisi təkcə bir gündə 6793 sürücünü cərimələyib 45 nəfər avtomobili sərxoş idarə etdiyinə görə cəzalandırılıb
Hadisə
11 Oktyabr , 2016 17:11
Yol polisi təkcə bir gündə 6793 sürücünü cərimələyib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları təkcə bir gündə 6793 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Məlumata görə, oktyabrın 10-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə, 4-ü isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

 Sürət həddini aşdığına görə 3114 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Son xəbərlər

Orphus sistemi