Samuxda yol polisi qaydaları pozan 15 nəfər barəsində tədbir görüb

Samuxda yol polisi qaydaları pozan 15 nəfər barəsində tədbir görüb Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər
Hadisə
154
4 May , 2021 00:40
Samuxda yol polisi qaydaları pozan 15 nəfər barəsində tədbir görüb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.

Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 15 nəfər barəsində müvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi