Yol polisi paytaxtın mərkəzi küçə və prospektlərində hüquqi maarifləndirmə tədbirləri aparır - FOTO

Yol polisi paytaxtın mərkəzi küçə və prospektlərində hüquqi maarifləndirmə tədbirləri aparır - FOTO Bakı şəhəri Baş Polis İdarəsinin keçirdiyi profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.
Hadisə
28 Avqust , 2019 22:39
Yol polisi paytaxtın mərkəzi küçə və prospektlərində hüquqi maarifləndirmə tədbirləri aparır - FOTO

Bakı şəhəri Baş Polis İdarəsinin keçirdiyi profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında bildirib ki, paytaxtın bütün inzibati ərazilərində ictimai təhlükəsizliyin etibarlı təminatı istiqamətində Bakı sakinləri ilə hüquqi maarifləndirmə söhbətləri aparılıb: "Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, "Əcəmi" adlanan dairəsində yol xətlərinin yenilənməsi istiqamətində də tədbirlər həyata keçirilib. Bu istiqamətdə tədbirlər hazırda davam etdirilir və paytaxtın bütün mərkəzi küçə və prospektlərində hərəkət iştirakçıları ilə hüquqi maarifləndirmə tədbirləri aparılır. Onlara hüqüq vərdişinin aşılanması istiqamətində iş davam etdirilir".

Qeyd edək ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirib. Tədbirlərdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülər saxlanılaraq onlara qanunun tələbləri izah olunub. Yol nizamlayıcı nişanların tələblərini yerinə yetirməyən, avtobus dayanacağında avtomobil saxlayan və qanunvericiliyi digər formada pozan sürücülərə xəbərdarlıq edilib, həm özlərinin, həm də yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi üçün qaydalara daim əməl etmək tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi