Yol polisi ötən gün 5155 sürücünü cərimələyib

Yol polisi ötən gün 5155 sürücünü cərimələyib 47 sürücünün sərxoş olduğu aşkarlanıb
Hadisə
20 Oktyabr , 2016 17:58
Yol polisi ötən gün 5155 sürücünü cərimələyib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5155 nəfər sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 47-si sükan arxasına sərxoş halda əyləşdiyinə, 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2023 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Son xəbərlər

Orphus sistemi