Yol polisi İsmayıllıda reyd keçirib, 15 sürücü cərimələndi

Yol polisi İsmayıllıda reyd keçirib, 15 sürücü cərimələndi Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb
Hadisə
13 Aprel , 2021 20:19
Yol polisi İsmayıllıda reyd keçirib, 15 sürücü cərimələndi
0 : 00
0 : 00

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi