Yuxarı

Yol polisi bir gündə 8984 sürücünü cərimələyib

40 sürücü avtomobili sərxoş idarə etdiyinə görə cəzalandırılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları bir gün ərzində 8984 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Məlumata görə, oktyabrın 11-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 40-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 5-i isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Sürət həddini aşdığına görə 4873 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi