"KamAZ"ı yol kənarında saxlayan sürücü sükan arxasında ölüb

"KamAZ"ı yol kənarında saxlayan sürücü sükan arxasında ölüb Bakı-Qazax avtomobil yolunda sürücü sükan arxasında ölüb.
Hadisə
2 Fevral , 2021 12:44
KamAZı yol kənarında saxlayan sürücü sükan arxasında ölüb

Bakı-Qazax avtomobil yolunda sürücü sükan arxasında ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə fevralın 2-nə keçən gecə Ucar rayonunun Müsüslü kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Yaşar Nuru oğlu Nağıyev idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşınını istirahət etmək üçün yol kənarında saxlayıb. O, avtomobilin sükanı arxasında dünyasını dəyişib. Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Y.Nağıyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi