Şəkidə canavarlar mal-qaraya hücum edib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Şəkidə canavarlar mal-qaraya hücum edib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
243
21 Fevral , 2019 00:12
Şəkidə canavarlar mal-qaraya hücum edib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub 


***21:35

 Şəki. 20 fevral. REPORT.AZ/ Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını yaralayıb. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.

Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.

Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəl də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub.

Qeyd edək ki, daha əvvəl Goranboyda da yırtıcılar mal-qaraya hücum edib.  

 

Son xəbərlər

Orphus sistemi