Yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirləndirilən şəxs ifadə verib

Yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirləndirilən şəxs ifadə verib Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası davan etdirilib.
Hadisə
2 İyul , 2018 14:08
Yeznəsini və onun atasını öldürməyə cəhddə təqsirləndirilən şəxs ifadə verib
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası davan etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. O, həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

T.Tarverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O söyləyib ki, hadisə zamanı havaya atəş açsa da, heç kimi öldürməyə cəhd etməyib. T.Tarverdiyev deyib ki, hadisə yerinə gedəndə yeznəsini və onun atasını görməyib. Daha sonra sualları cavablandıran müttəhim ailəsinin dağılmaması üçün bu əməli törətdiyini və yeznəsini qorxutmaq istədiyini bildirib.

Zərərçəkmişlərin məhkəmədə iştirak etmədiyi elan olunub.

Hakim vurğulayıb ki, tərəflər arasında barışıq əldə edilib.

Məhkəmənin növbəti iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi