Yeznəsini döyən şəxsin məhkəməsində şahid ifadə verib: “O, qohumunu avtomobillə də vurdu...”

Yeznəsini döyən şəxsin məhkəməsində şahid ifadə verib: “O, qohumunu avtomobillə də vurdu...” “Bilmirəm, məni Namiq tək döyüb, ya yox”
Hadisə
30 Sentyabr , 2016 15:49
Yeznəsini döyən şəxsin məhkəməsində şahid ifadə verib: “O, qohumunu avtomobillə də vurdu...”

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Namiq Novruzovun cinayət işi üzə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər Bəhruz Bayramov və İsmayıl Fərəcov ifadə veriblər.

B.Bayramov ifadəsində bildirib ki, təqsirləndirilən N.Novruzovla zərərçəkmiş Elşad Nadirovun arasında mübahisə toyda rəqs oynamaq üstündə baş verib. O, hər iki şəxs arasındakı davanı telefonu ilə çəkdiyini deyib.

Şahid İ.Fərəcov isə dava zamanı təqsirləndirilən N.Novruzov zərərçəkmiş E.Nadirovu döyəndən sonra avtomobillə vurduğunu qeyd edib.

Hakim bildirib ki, cinayət işində N.Novruzovun E.Nadirovu avtomobillə vurması barədə qeyd edilməyib. Təqsirləndirilən şəxs və zərərçəkən də hadisə zamanı içkili olduqlarını və dava zamanı nə baş verdiyini xatırlamadıqlarını vurğulayıblar.

Zərərçəkmiş N.Novruzovun sözlərinə görə, hadisə zamanı o, hüşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb: “Həmin zaman heç nə xatırlamıram. Hadisədən uzun müddət sonra özümə gəlmişəm. İsmayıl bildirir ki, Namiq məni maşınla da vurub. Həmin vaxt özümdə deyildim. Məhkəmədən xahiş edirəm ki, bu məsələni aydınlaşdırardız. Bilmirəm, məni Namiq tək döyüb, ya yox. Buna aydınlıq gətirilsməsini istəyirəm”.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xudat rayonunda baş verib. N.Novruzovla yeznəsi E.Nadirovun arasında mübahisə toyda mahnı oynamaq üstündə başlayıb. İçkili olan həmin şəxslər daha sonra toy evindən uzaqlaşaraq, başqa yerdə mübahisə ediblər. Nəticədə, N.Novruzov E.Nadirov döyüb. E.Nadirov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra N.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi