Tovuzda adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuz rayonunun Qovlar qəsəbəsində baş verib.
Belə ki, V.Ələkbərov bacısının əri, 1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin tökərək od vurub.
Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, hadisə E.Ələkbərovun ailəli olduğu halda, başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib.