Bakı. 17 iyul. REPORT.AZ/ Yevlax rayonu Yuxarı Qaxun kənd sakini həmkəndlisini qətlə yetirib. Bu barədə "Report"a
Nazirlikdən bildirilib ki, Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Sənan Qədirova xəsarət yetirib. Nəticədə S.Qədirov hadisə yerində ölüb.
K.Qədirov könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəngi təhvil verib.