Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var

Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Fevral , 2021 19:11
Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var

Yevlax rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2 VAZ və 1 "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobildə olan sərnişinlər, Füzuli rayon sakini, 1952-ci il təvəllüdlü Məhlüqə Həsənova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Həşimova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi