Yevlaxda yük maşını mikroavtobusla toqquşub, 3 nəfər ölüb, 9 yaralı var - FOTO - SİYAHI - VİDEO - YENİLƏNİB-2

Yevlaxda yük maşını mikroavtobusla toqquşub, 3 nəfər ölüb, 9 yaralı var - FOTO - SİYAHI - VİDEO - YENİLƏNİB-2 VİDEO əlavə olunub
Hadisə
1 İyul , 2018 03:28
Yevlaxda yük maşını mikroavtobusla toqquşub, 3 nəfər ölüb, 9 yaralı var - FOTO - SİYAHI - VİDEO - YENİLƏNİB-2
Report

VİDEO əlavə olunub


***20:03

Yevlax. 30 iyun. REPORT.AZ/ Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, qəzaya yük maşının təkərinin partlaması səbəb olub.

Ölənlər :

Abdullayev Emin Vasif oğlu (2006), Şəmkir

Musayeva Samirə Fəxrəddin qızı (1980), Şəmkir

Ələsgərova Ziyafət Nəsrəddin qızı (1973), Tovuz

Ağır yaralılar:

Musayev Nəcməddin Nofəl oğlu (2001), Şəmkir

Tamarov Mətləb Arzu oğlu (1993), Qazax

Əliyev Əliyar İlyas oğlu (1961), Şəmkir

Əliyev Cavidan Əliyar oğlu (2001), Şəmkir

Vəziyyətləri qənaətbəxş olduğu bildirilən yaralılar:

Əhmədova Səfa Vidadi qızı (1974), Şəmkir

İmanova Tamilə Nəsir qızı (1959), Tovuz

Tağıyeva Adilə Nəsir qızı (1966), Tovuz

Həsənova Xalidə Namiq qızı (2006), Tovuz

Ələsgərova Cəmilə Nəsir qızı (1961), Tovuz


***19:10

Yevlax. 30 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi