Yevlaxda yük maşını maneəyə çırpılıb, xəsarət alan var

Yevlaxda yük maşını maneəyə çırpılıb, xəsarət alan var Yevlax rayonunda yol qəzası baş verib.
Hadisə
8 Avqust , 2020 09:11
Yevlaxda yük maşını maneəyə çırpılıb, xəsarət alan var

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının (TIR) təkəri partladığından idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü, Bərdə rayon sakini, 1961-ci il təvəllüdlü Eldar Bədirxanov xəsarət alıb. O, xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi