Yevlaxda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

Yevlaxda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var Yevlax. 16 mart. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.
Hadisə
16 Mart , 2018 13:33
Yevlaxda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var
Report

Yevlax. 16 mart. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeravanlılar qəsəbəsində baş verib. 

Belə ki, "Ford" markalı yük maşını  ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Yevlax şəhər sakini, 1988-ci il təvəllüdlü Elgün İsrəfil oğlu Qasımov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi