Yevlaxda yük maşını aşıb, xəsarət alan var

Yevlaxda yük maşını aşıb, xəsarət alan var Yevlax. 10 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.
Hadisə
10 Sentyabr , 2018 15:31
Yevlaxda yük maşını aşıb, xəsarət alan var
0 : 00
0 : 00

Yevlax. 10 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük avtomobili şini partlaması nəticəsində idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü - Sabirabad rayon sakini, 1960-cı il təvəllüdlü Namaz Hüseyn oğlu Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Qeyd edək ki, avtomobilin yük yerində olan meyvə-tərəvəz ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi