Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub

Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub Yevlax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Avqust , 2019 23:03
Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub

Yevlax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Fikrət Əmirov küçəsində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü yerli sakin Qorxmaz Sultanovu maşın vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi