Yevlaxda yol qəzasında ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Yevlaxda yol qəzasında ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB Mingəçevir. 11 iyun. REPORT.AZ/ Yevlax rayonunda baş verən yol qəzasında xəsarət alan digər iki nəfərin şəxsiyyəti məlum olub.
Hadisə
11 İyun , 2018 15:44
Yevlaxda yol qəzasında ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Mingəçevir. 11 iyun. REPORT.AZ/ Yevlax rayonunda baş verən yol qəzasında xəsarət alan digər iki nəfərin şəxsiyyəti məlum olub.

”Report”un Şirvan bürosu xəbər verir ki, bunlar 1999-cu il təvəllüdlü, Yevlax şəhər sakini Niftalıyeva Leyla Rəşid qızı və Abbasova Elnarə Rəşid qızıdır. 

Qeyd edək ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində, Yevlaxın Əkşəm kəndi yaxınlığında qeydə alınıb. Nəticədə 3 nəfər xəsarət alıb. Onlarda biri Yevlax rayon, digər ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. L.Niftalıyeva 7 aylıq hamilədir. O, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsində müayinə olunaraq ilkin tibbi yardım aldıqdan sonra durumu stabilləşib və evə buraxılıb. E.Abbasovanın müalicəsi isə xəstəxana şəraitində davam edir.


*** 14:49

Yevlax. 11 iyun. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası zamanı 3 nəfər yaralanıb.

Belə ki, 1994-cu il təvəllüdlü, Rəhim Əjdər oğlu Niftəliyev idarə etdiyi 04-BJ-970 "VAZ-2109" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn, 90-KD-009 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə ağır bədən xəsarətləri alan sürücü R.Niftəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı avtomobildə olan 2 nəfər qadın sərnişin ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi