Yevlaxda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB

Yevlaxda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB Yevlax. 17 fevral. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir ailənin üç üzvünün kimliyi məlum olub. 
Hadisə
17 Fevral , 2018 14:24
Yevlaxda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB

Yevlax. 17 fevral. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir ailənin üç üzvünün kimliyi məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Valeh Qərib oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və onun sərnişinləri - arvadı, 1968-ci il təvəllüdlü Hicran Əvəz qızı Əliyeva, bacısı, 1958-ci il təvəllüdlü Xanımzər Qərib qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin orta-ağır olduğu bildirilib. "Mercedes" markalı avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


***13:46

Yevlax. 17 fevral. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ"ın sürücüsü və avtomobildə olan sərnişinlər xəsarət alıb. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi