Yevlax. 25 dekabr. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosunun verdiyi xəbərə görə, “VAZ-2107” markalı maşının sürücüsü, Ağdaş rayon sakini, 1955-ci il təvəllüdlü Məmmədcahan Məhəmməd oğlu Qurbanovun vəziyyəti ağır olduğundan o, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Qəza zamanı xəsarət alan daha bir nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
*** 10:18
Yevlax. 25 dekabr. REPORT.AZ/ Yevlax rayonunda dumanlı hava şəraiti yol-nəliyyat hadisəsinə səbəb olub.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacıselli-Varvara yolunda baş verib.
Belə ki, “VAZ-2107” və “VAZ-21010” markalı minik avtomobilləri dumanlı hava şəraitində hərəkət edən zaman toqquşublar.
Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili tibbi yardım maşını iləMingəçevir ŞƏhər Xəstəxanasına yerləşdirilib.