​Yevlaxda yol qəzası nəticəsində bir nəfər ölüb

​Yevlaxda yol qəzası nəticəsində bir nəfər ölüb Qəzada "Mercedes" ilə motosiklet toqquşub
Hadisə
20 Dekabr , 2015 01:31
​Yevlaxda yol qəzası nəticəsində bir nəfər ölüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Heydər Əliyev küçəsində qeydə alınan qəzada "Mercedes" markalı avtomobil üçtəkərli motosiklet ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, hələlik şəxsiyyəti məlum olmayan sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi