Yevlaxda yol qəzası baş verib, ölən və yaralananlar var

Yevlaxda yol qəzası baş verib, ölən və yaralananlar var Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 Yanvar , 2017 16:32
Yevlaxda yol qəzası baş verib, ölən və yaralananlar var

Yevlax. 13 yanvar. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınan qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətələri alıb. "VAZ-2107"də olan sərnişin isə hadisə yerində ölüb. 

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. 

Qeyd edək ki, qəzada ölən və yaralananların şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi