Yevlax rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı yaralan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, Gəncə şəhər sakini H.Əliyevin idarə etdiyi "Honda" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı Günel Əlizadə və övladları, 2 yaşlı Xəqan Əlizadə xəsarət alıb. Onlardan ər və arvadın vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 16:29
Yevlax rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qaraməmmədli kəndi yaxınlığında qeydə alınıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Qəza zamanı biri körpə olmaqla 3 nəfərin yaralandığı bildirilir. Yaralılar "təcili yardım" maşınları ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.