Yevlaxda yol qəzası baş verib, ata və oğlu xəsarət alıb - YENİLƏNİB

Yevlaxda yol qəzası baş verib, ata və oğlu xəsarət alıb - YENİLƏNİB Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ata və oğulun adları məlum olub.
Hadisə
13 İyul , 2019 09:14
Yevlaxda yol qəzası baş verib, ata və oğlu xəsarət alıb - YENİLƏNİB

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ata və oğulun adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı Samux rayon sakinləri - 1982-ci il təvəllüdlü Elşad Dadaşov və onun oğlu, 2009-cu il təvəllüdlü Ayxan Dadaşzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin qənaətbəxş, digərinin vəziyyətinin isə kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


*** 07:38

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alnıb.

Belə ki, hərəkətdə olan  "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili qarşıdan gələn yük maşınına çırpıb. 

Qəza nəticəsində ata və oğulun ağır bədən xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi