Yevlaxda yol qəzası baş verib, ana və 8 yaşlı qızı xəsarət alıb - YENİLƏNİB

Yevlaxda yol qəzası baş verib, ana və 8 yaşlı qızı xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Fevral , 2018 20:22
Yevlaxda yol qəzası baş verib, ana və 8 yaşlı qızı xəsarət alıb - YENİLƏNİB

Yevlax. 15 fevral. REPORT.AZ/ Yevlax rayopnunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Goranboy rayon Xanqərvənd kənd sakinləri - sürücü Sabit Abbasov, avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Arzu İsmail qızı Abbasova və onun 8 yaşlı qızı Tutu Abbaslı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.


***19:24

Yevlax. 15 fevral. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2109" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə "VAZ-2109"un sürücüsü və avtomobbildə olan sərnişinlər xəsarət alıb. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. 

Son xəbərlər

Orphus sistemi