Yuxarı

Yevlaxda yol kənarında yaralı şəxs aşkar edilib

Yevlax. 8 dekabr. REPORT.AZ/ Yevlax rayonunda yol kənarında yaralı şəxs aşkar edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Duzdaq-Aran qəsəbə yolunda aşkar edilən 1959-cu il təvəllüdlü Nemətabad kənd sakini Malik Qurbanov xəstəxanaya yerləşdirilib.

M.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun dediyinə görə, tanışının toy mərasimindən çıxıb evinə qayıdan zaman naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Piyadanın hadisə zamanı sərxoş halda olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə 33 yaşlı piyadanı avtomobil vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi