Yevlaxda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs edilib

Yevlaxda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs edilib Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olunub.
Hadisə
17 Noyabr , 2021 11:01
Yevlaxda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs edilib

Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olunub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 12-də rayonun Meyvəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini E.Allahverdiyev 2004-cü il təvəllüdlü M.Ə-ni (ad, soyadı şərti) evlənmək məqsədi ilə Oğuz rayonu ərazisinə qaçırıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra E.Allahverdiyev saxlanılıb, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi