Yevlaxda yaşlı qadını maşın vurub - YENİLƏNİB

Yevlaxda yaşlı qadını maşın vurub - YENİLƏNİB Yaralının vəziyyəti ağırdır
Hadisə
2 Oktyabr , 2017 00:14
Yevlaxda yaşlı qadını maşın vurub - YENİLƏNİB
Report

Yevlax. 2 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda avtomibillə vurulraq ağır bədən xəsarətləri alan qadın yerləşdirldiyi xəstəxanada ölüb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü Ağcabədi rayon sakini Zöhrə Əliyeva həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.


***22:58

Yevlax. 1 oktyabr. REPORT.AZ/ Axşam saatlarında Yevlaxın Aran qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-2106” markalı maşın yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Ağcabədi rayon sakini Zöhrə Əliyevanı vuraraq ona ağır xəsarət yetirib.

Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağır olaraq dəyərləndirilir.

İlkin məlumata görə, müayinə zamanı Z.Əliyevanın boyun nahiyəsində iki fəqərə sümüyünün sınığı və beyindaxili qanaxma müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi