Yevlaxda yanğın zamanı xəsarət alanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda yanğın zamanı xəsarət alanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax şəhərinin Bəydili kəndində ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb
Hadisə
169
23 Fevral , 2021 10:14
Yevlaxda yanğın zamanı xəsarət alanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda fərdi evdə baş vermiş yanğın zamanı 1 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, Yevlax rayonunun Bəydili kəndində fərdi evdə baş vermiş yanğın zamanı xəsarət alan 1939-cu il təvəllüdlü Yusif Abbasov hər iki ayağından və əlindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya aparılıb və ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 40 kvadratmetr olan ev və əşyalar yararsız hala düşüb.

Yanğının səbəbləri araşdırılır.

08:42

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi