Yevlaxda xəstəxananı tərk edən COVID-19 xəstəsi müəyyən edildi

Yevlaxda xəstəxananı tərk edən COVID-19 xəstəsi müəyyən edildi Yevlax rayonunda aktiv karonavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Hadisə
240
17 Dekabr , 2020 13:01
Yevlaxda xəstəxananı tərk edən COVID-19 xəstəsi müəyyən edildi

Yevlax rayonunda aktiv karonavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Zeynal Məmmədovun müalicə aldığı rayon Mərkəzi Xəstəxanasını tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı xəstəxanaya geri qaytarılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin sona qədər davam etdirilməsinin zəruruliyi diqqətinə çatdırılıb.

Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi