Yevlaxda toy məclisindən dönən şəxslər avtomobil qəzasına düşüblər, 2 nəfər ağır xəsarət alıb

Yevlaxda toy məclisindən dönən şəxslər avtomobil qəzasına düşüblər, 2 nəfər ağır xəsarət alıb Xəsarət alanlar şəhər xəstəxanasına çatdırılıblar
Hadisə
11 Avqust , 2017 07:18
Yevlaxda toy məclisindən dönən şəxslər avtomobil qəzasına düşüblər, 2 nəfər ağır xəsarət alıb

Mingəçevir. 11 avqust. REPORT.AZ/ Mingəçevirdə avtomobil idarəetməni itirərək maneyə çırpılıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevirin giriş qapısı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, "Vaz" markalı maşınla Yevlaxdan toy məclisindən dönən və içində həmin şəhər sakinlərinin olduğu avtomobil idarəetməni itirərək beton maneyə çırpılıb. Nəticədə 2 nəfər ağır xəsarət alaraq şəhər xəstəxanasına çatdırılıb. Bunlar 1993-cü il təvəllüdlü Mingəçevir sakini Məmmədov Ataxan Vüqar oğlu və 1997-ciil təvəllüdlü Mingəçevir sakini Məhəmmədbəyli Toğrul Çingiz oğludur. Yaralıların bədənındə müxtəlif sınıqların olduğu deyilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi