Yevlaxda toy məclisi müəyyən edilib

Yevlaxda toy məclisi müəyyən edilib 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib
Hadisə
14 Aprel , 2021 08:56
Yevlaxda toy məclisi müəyyən edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Taleh Həsənov yaşadığı evdə qonaqların iştirakı ilə öz övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi