Yevlax. 20 noyabr. REPORT.AZ/ Yevlax rayonunda Türkiyə vətəndaşı qəzaya düşərək ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndində baş verib.
Türkiyə vətəndaşı olan Rizə şəhər sakini, 1978-ci il təvəllüdlü Erdinç Savaş Yıldırımın idarə etdiyi TIR yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.