Yevlax. 7 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, sentyabrın 5-də saat 1 radələrində Yevlax rayonu ərazisində Meyvəli kənd sakini Səməndər Heydərov idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Heydərovun sərnişini, həmkəndlisi Sadıx Heydərov sentyabrın 6-da orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.