Yuxarı

Yevlaxda silahlı insident olub, keçmiş məhkum qətlə yetirilib - YENİLƏNİB

Yevlaxda silahlı insident olub, keçmiş məhkum qətlə yetirilib

Yevlax. 22 fevral. REPORT.AZ/ Yevlax rayonunda baş verən silahlı insident nəticəsində ölən şəxsin adı məlum olub. 

"Report"un Qəreb bürosunun xəbərinə görə, fermada qarovulçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zamam naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.

Qətlə yetirilmiş şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Meyit müayinə olunamsı üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


08:23

Yevlax. 22 fevral. REPORT.AZ/ Yevlax rayonunda silahlı insident nəticəsində 1 nəfər qətlə yetirilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ərəbbəsrə kəndində yerləşən fermlardan birində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan fermanın orta yaşlı kişi odalu silahdan açılan atəş nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi