Yevlaxda sərxoş sürücü maneəyə çırpılıb - YENİLƏNİB

Yevlaxda sərxoş sürücü maneəyə çırpılıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Dekabr , 2017 19:03
Yevlaxda sərxoş sürücü maneəyə çırpılıb - YENİLƏNİB
Report

Yevlax. 28 dekabr. REPORT.AZ/ Yevlax rayonunda avtomobil qəzası zamanı ağır yaralanan sürücü və sərnişinin şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub. Hazırda onların vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Yol kənarındakı maneəyə çırpılan avtomobil isə tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.


*** 17:12

Yevlax rayonunda avtomobil qəzası zamanı sürücü və sərnişini ağır yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərzisindən keçən hissəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo-centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Vəziyyətlərinin ağır olduğu bildirilən hər iki yaralının kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi