Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Yaralılardan 2-nin vəziyyəti ağırdır
Hadisə
11 Mart , 2018 11:50
Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Yevlax. 11 mart. REPORT.AZ/ Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.  

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həmin şəxslər Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firvosi qızı, İlyasova Tavat Sərraf qızı, Əhmədov Pənah, Əntiqə Qaşqarlıdır. Yaralılardan Əntiqə Qaşqarlının və daha birinin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. Xəsarət alanlar arasında müəllimlər də var.


***10:06

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi