Yevlaxda qəbiristanlıqdan oğurluq olub

Yevlaxda qəbiristanlıqdan oğurluq olub Bakı. 24 iyul. REPORT.AZ/ Yevlaxda qəbiristanlıqdan oğurluq olub.
Hadisə
24 İyul , 2018 11:29
Yevlaxda qəbiristanlıqdan oğurluq olub
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Yevlaxda qəbiristanlıqdan oğurluq olub.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, iyulun 23-də Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbristanlıqların birində qəbirlərin ətrafına quraşdırılmış metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib.

Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi