Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 Mart , 2023 13:46
Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində özü - 1989-cu il təvəllüdlü Ş.Balakişiyeva və qohumu 2001-ci il təvəllüdlü Z.Balayev xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi