Bakı-Qazax avtomobil yolunun 27-ci kilometrliyində qadın sürcünün idarə etdiyi avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ahu Zeynalovanın idarə etdiyi "Nİssan"markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə A.Zeynalova və onun sərnişini anası, 1966-cı il təvəllüdlü Afət Zeynalova xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 23:03
Yevlax rayonunda qadın sürcünün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 270-ci kilometrliyində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadın sürücünü idarə etdiyi "Nissan" markalı avtomobillər hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.