Yevlaxda qadın sürücü avtomobili aşırıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2

Yevlaxda qadın sürücü avtomobili aşırıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2 Yevlax. 25 aprel. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən qadının adı məlum olub.
Hadisə
25 Aprel , 2018 11:39
Yevlaxda qadın sürücü avtomobili aşırıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-2
Report

Yevlax. 25 aprel. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən qadının adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Cəfərova Alidə Alxan qızıdır. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.


***10:44

Yevlax. 25 aprel. REPORT.AZ/ Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar - avtomobilin sürücüsü Yevlax şəhər sakini, 1965-ci il təvəllüdlü Faidə Alxan qızı Məmmədova,  sərnişinlər - Qaradağ rayonunun Çaylı qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ağamalıyev Yüsif Ehsan oğlu, Yevlax şəhər sakini, Ağamalıyev Emil Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ölən şəxs sürücünün bacısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***9:58

Yevlax. 25 aprel. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir. 

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobilin hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi