Yevlaxda qadın piyadanı avtomobil vurub

Yevlaxda qadın piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
26 yanvar 2018 16:26
Yevlaxda qadın piyadanı avtomobil vurub
Report

Yevlax. 26 yanvar. REPORT.AZ/ Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Niyar İsfəndiyar qızı Əhmədova yolu keçən zaman avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi